Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

12:10 - Bu gün
Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

1news.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər