Hindistanda güclü fırtına və leysan: azı 100 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda güclü fırtına və leysan: azı 100 nəfər ölüb

Oksana Orucova15:39 - Bu gün
Hindistanda güclü fırtına və leysan: azı 100 nəfər ölüb

Hindistanda baş verən güclü yağış və fırtına ölkənin bir sıra bölgələrində həyatı iflic edib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 100 nəfərin həyatını itirdiyi bildirilir.

Görüntülərin yayıldığı Uttar-Pradeş ştatında güclü külək və toz fırtınası səbəbindən ağaclar kökündən qopub, elektrik dirəkləri aşıb. Sel suları avtomobilləri sürükləyib, evlərin damları uçub, bəzi avtobuslar isə aşıb.

Əlverişsiz hava şəraiti səbəbindən genişmiqyaslı elektrik kəsintiləri yaşanıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Ştat rəsmilərinin məlumatına görə, ölənlərin əksəriyyəti aşan ağaclar və dağılan ev damları nəticəsində həyatını itirib. Hadisə zamanı çox sayda yaralı da qeydə alınıb.

Məlumata əsasən, ümumilikdə 87 evə ciddi ziyan dəyib, 114 baş iri və xırdabuynuzlu heyvan tələf olub.

Hindistanın Baş naziri Narendra Modi hadisədən zərərçəkənlərə maliyyə yardımı göstərilməsi ilə bağlı göstəriş verib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər