Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

16:57 - Bu gün
Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

16:21

Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər