Ceyhun Bayramov ilə ruandalı həmkarı arasında görüş baş tutub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ilə ruandalı həmkarı arasında görüş baş tutub

13:55 - Bu gün
Ceyhun Bayramov ilə ruandalı həmkarı arasında görüş baş tutub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gündəlikdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verəcəyinə dair inam ifadə olunub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər