Türkiyə və Rusiya Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmə Fəaliyyət Planı imzalanıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.
Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.
Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.
Sənəd Hakan Fidan və Sergey Lavrov tərəfindən imzalanıb.


81












