Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

17:55 - Bu gün
Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

Qəbələ Zirvə görüşündə yaradılan və 2026-cı ilin mart ayında İstanbulda daha da işlək mexanizmə çevrilən "OTS+" formatı ilə yanaşı, XİN başçılarının mütəmadi qeyri-rəsmi görüşlərinin inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm vasitə olduğu qeyd edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər