Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib

11:04 - Bu gün
Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib

"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edildikdən sonra amansızlıqla qətlə yetirilib.

Daha 14 nəfər isə girov götürülüb".

1news.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda qeyd olunub.

"Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi idi.

Bu cür ağır insanlığa qarşı cinayətlər heç vaxt unudulmamalıdır.

Başlıbel qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edirik", - vurğulanıb.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər