Güclü külək toy çadırını uçurub
Kürdəmirdə güclü külək toy mərasiminə mane olub.
1news.az Modern.az xəbər verir ki, Kürdəmir rayonunda qeydə alınan güclü külək nəticəsində toy üçün qurulan çadır yerindən qoparaq dağılıb.
Hadisə zamanı ərazidə olan qonaqlar təşvişə düşüb.
Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır. Güclü külək, leysan xarakterli yağışlar və bəzi bölgələrdə müşahidə olunan əlverişsiz hava şəraiti müxtəlif fəsadlara səbəb olur.
74












