Bakıda daha bir marşrutun avtobusları dəyişdirilir
Mayın 2-dən Kürdəxanı qəsəbəsini metronun “Neftçilər” stansiyası və “8-ci kilometr bazarı” ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.
Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.
73












