Culfa rayonunda kanaldan meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Culfa rayonunda kanaldan meyit tapılıb

16:37 - Bu gün
Culfa rayonunda kanaldan meyit tapılıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

1news.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər