“EFES - 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“EFES - 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir - FOTO - VİDEO

14:06 - Bu gün
“EFES - 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir - FOTO - VİDEO

Türkiyədə Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.

Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.

Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər