Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb

11:50 - Bu gün
Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,58 ABŞ dolları və ya 2,11% azalaraq 119,68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,26 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər