Sumqayıtda avtomobil yolu çöküb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda avtomobil yolu çöküb

17:00 - Bu gün
Sumqayıtda avtomobil yolu çöküb

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

1news.az report-a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər