Akif İslamzadə infarkt keçirdi - Vəziyyəti necədir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Akif İslamzadə infarkt keçirdi - Vəziyyəti necədir?

09:43 - 08 / 05 / 2026
Akif İslamzadə infarkt keçirdi - Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə “Teleqraf”a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib.

O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:

“Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı”.

Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.

Paylaş:
259

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər