Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edilib

17:04 - 13 / 05 / 2026
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edilib

Mayın 14-də bəzi yollarda görünüş çətinləşəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Paylaş:
287

Son xəbərlər

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər