Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib - FOTO

14:30 - 15 / 05 / 2026
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərov Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn zamanı yaylım atəşi açılıb.

Qeyd edək ki, Rafiq Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.

Paylaş:
345

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər