Girdimançayda selə düşən 5 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Girdimançayda selə düşən 5 nəfər xilas edilib - VİDEO

11:49 - 28 / 05 / 2026
Girdimançayda selə düşən 5 nəfər xilas edilib - VİDEO

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 5 nəfər xilas edilib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Niva" markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.

Paylaş:
338

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər