Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.
1news.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib .
İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.
1. Əhmədov Ayxan Əbdül Kərim oğlu
2. Əzimov Tural Qürbət oğlu
3. Məmmədzadə Tural Sahib oğlu
4. Qulamov Arzu Aydın oğlu
5. Baxşıyeva İlhamə Rafiq qızı
6. Məmmədov Fikrət Alı oğlu
7. Qasımov Balakişi Ələkbər oğlu
8. Şahsuvarov Taleh Novruz oğlu
9. Nağıyev Anar Əlişah oğlu
10. Əliyeva İlahə Xudu qızı
11. Cəfərov Əli Sucəddin oğlu
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.












