Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar

First News Media11:35 - Bu gün
Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar

Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 min 104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.

1news.az xəbər verir ki, əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla müəyyən edilib ki, C. Qəhrəmanov və R. Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər