Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - AÇIQLAMA

16:32 - 20 / 07 / 2026
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - AÇIQLAMA

Özəl məktəbəqədər təhsil müəssisəsi xidmət haqqını artırdıqca onun müsabiqədə qalib olmaq şansı azalır.

1news.az "Report" a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, güclü qiymət artımı olmayacaq:

"Valideynlərin seçimi olacaq ki, bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlasın. Özəl bağçalarla imzalanan müqavilələrin 10 aylıq müddətə bağlanmasınına səbəb adətən yay aylarında - iyul-avqustda uşaq sayının azalmasıdır. İkinci tərəfdən, əgər həmin müəssisə növbəti il yenə müsabiqədə qalib olsa, valideyn əlbəttə ki, uşağını həmin bağçaya qoymağa davam edəcək. Bağça qalib gəlməsə, o zaman valideyn başqa müəssisəni seçməli olacaq".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası" təsdiqlənib. Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 %-i həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 aydan çox olmamalıdır.

Paylaş:
376

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər