Bu gündən metronun “Nərimanov” stansiyasının bir çıxışı bağlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən metronun “Nərimanov” stansiyasının bir çıxışı bağlanır

First News Media14:22 - 20 / 07 / 2026
Bu gündən metronun “Nərimanov” stansiyasının bir çıxışı bağlanır

Bu gündən metronun "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.

Bu barədə 1news.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

"Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.

Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur," - deyə qurumdan bildirilib.

Paylaş:
494

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər