Bakıda ticarət mərkəzindən oyuncaq oğurlayanlar saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ticarət mərkəzindən oyuncaq oğurlayanlar saxlanıldı

First News Media17:16 - 20 / 07 / 2026
Bakıda ticarət mərkəzindən oyuncaq oğurlayanlar saxlanıldı

Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Rayon ərazisində qeydə alınan digər oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
302

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər