Quba rayonunda iki avtomobil toqquşub
Quba rayonunun Yalavanc kəndində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, yolun bir hissəsində VAZ-21011 və VAZ-2106 markalı avtomobillər toqquşub.
Mümkün xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb. Qəzanın halları və səbəbləri müəyyənləşdirilir, hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.
68












