“Şahinlərin Görüşü – 2026”: Təlim-məşq uçuşları icra olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahinlərin Görüşü – 2026”: Təlim-məşq uçuşları icra olunub - VİDEO

Qafar Ağayev15:00 - Bu gün
“Şahinlərin Görüşü – 2026”: Təlim-məşq uçuşları icra olunub - VİDEO

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər