Köhnə filmlər, tanış stansiyalar: Bakı metrosunun kino xatirələri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köhnə filmlər, tanış stansiyalar: Bakı metrosunun kino xatirələri - FOTO

1news Redaksiyası10:01 - Bu gün
Köhnə filmlər, tanış stansiyalar: Bakı metrosunun kino xatirələri - FOTO

Bakı metrosunda lentə alınan unudulmaz kino səhnələri təqdim olunub

1news.az xəbər verir ki, Bakı Metropoliteni Dünya Audiovizual İrs Günü ilə əlaqədar sosial şəbəkə hesabında Azərbaycan filmlərində əks olunan metro səhnələrini paylaşıb.

Paylaşılan görüntülərdə Azərbaycan kino sənətinin müxtəlif illərə aid unudulmaz ekran əsərləri yer alıb:

“Uşaqlığın son gecəsi” (1968) - “Gənclik” stansiyası

“O qızı tapın” (1970) - “Gənclik” stansiyası

“Həyat bizi sınayır” (1972) - “Sahil” stansiyası

“Mozalan” (1972) - “Gənclik” stansiyası

“Xoşbəxtlik qayğıları” (1976) - “Koroğlu” stansiyası

Qeyd edilib ki, filmlər keçmişi bu günə daşıyan, xatirələri yaşadan zaman körpüsüdür. Ağ-qara ekranın yaddaşında qalan həmin səhnələr müasir stansiya görüntüləri ilə sintez olunaraq izləyicilərə təqdim olunub. Bakı metrosunda lentə alınan bu kino kadrları illər keçsə də, tamaşaçıları keçmişə apararaq böyük maraqla qarşılanır.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər