Azərbaycanda bir gündə 97 axtarışda olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 97 axtarışda olan şəxs saxlanılıb

1news Redaksiyası10:22 - Bu gün
Azərbaycanda bir gündə 97 axtarışda olan şəxs saxlanılıb

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər