Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü 20 gün həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü 20 gün həbs edildi

1news Redaksiyası10:53 - Bu gün
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü 20 gün həbs edildi

Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb və inzibati qaydada həbs olunub.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları “Daewoo” markalı avtobusun sürücüsünü manevr qaydalarını pozduğuna görə saxlayıblar. Zaqatala rayon sakini Elvin Məmmədovun davranışları şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyənləşib.

Faktla bağlı toplanmış materiallar məhkəməyə göndərilib və E.Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri sürücülərə nəzarəti gücləndirməyə çağırıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər