Naxçıvanda 9 yaşlı uşaq yol qəzasında xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda 9 yaşlı uşaq yol qəzasında xəsarət aldı

1news Redaksiyası17:01 - Bu gün
Naxçıvanda 9 yaşlı uşaq yol qəzasında xəsarət aldı

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında baş verib.

"Maple" markalı avtomobil yolu qarşı tərəfə keçən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub. Xəsarət alan 9 yaşlı uşaq Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər