Bakıda avtomobil gözəllik salonuna girdi - Foto | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil gözəllik salonuna girdi - Foto

1news Redaksiyası15:53 - Bu gün
Bakıda avtomobil gözəllik salonuna girdi - Foto

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.

Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.

Avtomobilə və obyektə ziyan dəyib.

Araşdırma aparılır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər