Bakıda səhər saatlarında 11 istiqamətdə tıxac yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda səhər saatlarında 11 istiqamətdə tıxac yaranıb

1news Redaksiyası09:00 - Bu gün
Bakıda səhər saatlarında 11 istiqamətdə tıxac yaranıb

Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. 

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər