Azərbaycanda təxminən 1 500 vətəndaş orqan transplantasiyası üçün gözləmə siyahısındadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda təxminən 1 500 vətəndaş orqan transplantasiyası üçün gözləmə siyahısındadır

Faiqə Məmmədova12:41 - Bu gün
Azərbaycanda təxminən 1 500 vətəndaş orqan transplantasiyası üçün gözləmə siyahısındadır

2025-ci ilin fevral ayından bu günədək 16 ailə vəfat etmiş yaxınlarının orqanlarının donor kimi istifadəsinə razılıq verib.

1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin Ürək Transplantasiyası Həftəsi çərçivəsində media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici tədbirdə Səhiyyə Nazirliyi yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

O qeyd edib ki, həmin donorlar sayəsində 85 orqan transplantasiyası həyata keçirilib. Bunlardan dördü ürək transplantasiyası əməliyyatı olub.

Yeganə Abbasova hazırda Azərbaycanda 1 500 vətəndaşın orqan transplantasiyası üçün gözləmə siyahısında olduğunu da əlavə edib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər