Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza

1news Redaksiyası09:29 - Bu gün
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə ölüb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər