İzmirdə fabrikdə partlayış: Ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İzmirdə fabrikdə partlayış: Ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB

1news Redaksiyası16:20 - Bu gün
İzmirdə fabrikdə partlayış: Ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı altıya çatıb.

1news.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Üçü ağır olmaqla 13 nəfər yaralanıb, dağıntılar altında qaldığı ehtimal edilən 8 nəfərin axtarışları aparılır.

Axtarış, xilasetmə tədbirləri davam etdirilir.

İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü,14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.

 

 

15:21

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda 1 nəfər ölüb.

1news.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

 

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər