“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - FOTO

1news Redaksiyası16:00 - Bu gün
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - FOTO

“Burger King” Azərbaycanda restoranlar şəbəkəsini genişləndirməyə davam edir.

 Şirkət ölkə üzrə doqquzuncu, Bakıdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində açıb.

Bu, brendin regionlarda inkişafı istiqamətində mühüm addımdır.

Yeni restoran Sumqayıt şəhəri, Bakı küçəsi 34, “Bakı Plaza” ünvanında yerləşir. Müasir dizaynı, rahat interyeri, özünəxidmət köşkləri və zəngin menyusu ilə restoran qonaqlara rahat və xoş mühit təqdim edir.

Artıq Sumqayıt sakinləri və şəhərin qonaqları açıq alovda bişirilən məşhur “Whopper” burgerinin, eləcə də “Burger King”in digər sevilən məhsullarının dadına baxa bilərlər.

Paytaxtdan kənarda ilk restoranın açılması “Burger King”in Azərbaycandakı fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcıdır.

Şirkət rəhbərliyi açılışla bağlı bildirib:

“Sumqayıtda ilk restoranımızın açılması komandamız üçün əlamətdar hadisə və “Burger King”in Azərbaycandakı inkişafında mühüm addımdır. Məqsədimiz yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat mühit təqdim etməklə restoranlarımızı təkcə paytaxt sakinləri üçün deyil, ölkənin digər şəhərlərində yaşayan insanlar üçün də əlçatan etməkdir. Sumqayıt sakinlərinin bizi səmimi qarşılamasından məmnunuq və regionlarda fəaliyyətimizi daha da genişləndirmək üçün böyük potensial görürük”.

“Burger King” restoranlar şəbəkəsinin genişlənməsi yeni iş yerlərinin yaradılmasına, eləcə də peşəkar təlim və karyera inkişafı imkanlarının artmasına töhfə verir. Şirkət həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində fəaliyyətini genişləndirməyi və beynəlxalq restoran xidməti standartlarını daha çox qonaq üçün əlçatan etməyi planlaşdırır.

“Burger King” haqqında

“Burger King”in tarixi 1954-cü ildə ABŞ-nin Mayami şəhərində başlayıb. Bu gün brend bütün dünyada, ilk növbədə, burgerlərin açıq alovda bişirilməsi üsulu ilə tanınır.

“Burger King”in əsas fərqləndirici xüsusiyyəti burgerlərin hazırlanmasında xüsusi qrildə açıq alovda bişirilən 100% mal əti kotletlərindən istifadə edilməsidir. Məhz bu üsul məşhur “Whopper” və brendin digər burgerlərinə özünəməxsus dad və ətir verir.

Yüksək keyfiyyət standartları, zəngin menyu və inqrediyentləri fərdi zövqə uyğun seçmək imkanı “Burger King”i dünyanın ən tanınmış restoran brendlərindən birinə çevirib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər