Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ
İran və Azərbaycan arasında Biləsuvar sərhəd-keçid məntəqəsi sərhəd fəaliyyətini davam etdirir.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu İranın Biləsuvar gömrük idarəsinin direktoru Ramin Zəhiri deyib.
Onun sözlərinə görə, yeni koronavirusun daşıyıcılarının müəyyənləşdirilməsi üçün iki ölkənin sərhəd-keçid məntəqələrində birgə əməkdaşlıq aparılır.
Zəhiri əlavə edib ki, Biləsuvar sərhəd terminalında avtobus, minik avtomobilləri və sərnişinlərin keçidi davam edir.
İranlı gömrük rəsmisi koronavirus nəticəsində Biləsuvar gömrüyünün bağlanması ilə əlaqədar şayiələri təkzib edib.
Qeyd edək ki, İranda koronavirus nəticəsində 12 nəfərin öldüyü, 47 nəfərin bu virusa yoluxduğu rəsmən təsdiqlənib.
1news.az
1328