1news.az

Bu ölkədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək

13 Sentyabr saat 16:13 ~ 1 dəqiqəlik oxu 88
Bu ölkədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək

İsveçrədə ata olan kişilər iki həftəlik məzuniyyət alacaq. Buna ölkənin Milli Şurası səs verib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu vaxt ərzində onlar həyat yoldaşlarına yeni doğulmuş körpəyə baxmaqda kömək edə biləcək.

Qanun layihəsinin lehinə 129 nəfər, əlehinə isə 62 nəfər səs verib. Jurnalistlərin sözlərinə görə, ideyaya 20 il və parlamentdə 30-dan çox təşəbbüs tələb olunub.

Qeyd edək ki, Avropa Şurası üzv ölkələrinin bir çoxunda atalıq məzuniyyəti var. Onlar bir-birindən davamlılıq müddəti və verilən müavinətin miqdarı ilə fərqlənir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net