Rusiyalı nazir vəzifəsindən azad olunandan sonra intihar edib

Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt özünə atəş açıb.
1news.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nazirin vəzifədən azad olunmasından qısa müddət sonra baş verib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Roman Starovoytun vəzifəsindən azad edilməsi ilə bağlı fərman imzalayıb.
66