Danimarka qadınları da məcburi hərbi xidmətə cəlb edəcək

Danimarka ordusundakı əsgər çatışmazlığını aradan qaldırmaq məqsədilə qadınları da məcburi hərbi xidmət sisteminə daxil etmək qərarına gəlib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Danimarka Parlamentində 11 iyun tarixində qəbul edilmiş yeni qanunda bildirilir. Sənədə əsasən, 2025-ci il iyulun 1-dən etibarən 18 yaşını tamamlayan bütün qadınlar kişilərlə birlikdə hərbi xidmətə cəlb olunmaq üçün püşkatma sisteminə daxil ediləcəklər.
Hazırda ölkədəki qanunvericiliyə görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət məcburidir. Lakin kifayət qədər könüllü olduğu üçün onların hamısı xidmətə çağırılmır və püşkatma yolu ilə seçim aparılır. Qadınlar isə indiyədək yalnız könüllü əsaslarla orduya qəbul olunurdular.
85