1news.az

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

6 Aprel saat 16:39 ~ 1 dəqiqəlik oxu 226
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın sağalıb.

1news.az oxu.az-a istinadən bildirir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani ölkənin Birinci kanalına bildirib.

Onun sözlərinə görə, pasiyentin COVID-19 infeksiyası ilə bağlı ilkin testi mənfi nəticələnib.

L.Ratiani deyib ki, sabah təkrar test aparılacaq və qadın bir neçə gündən sonra evə buraxılacaq.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma 174 nəfərdə təsdiqlənib. Onların 36-sı sağalıb, ikisi isə ölüb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net