1news.az

Koronavirusa yoluxmuş nazir müavininin halının pisləşmə anı – VİDEO

26 Fevral saat 14:50 ~ 1 dəqiqəlik oxu 146
Koronavirusa yoluxmuş nazir müavininin halının pisləşmə anı – VİDEO

İranın Səhiyyə nazirinin sözçüsünün koronavirusa yoluxması barədə məlumat vermişdik.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Səhiyyə nazirinin sözçüsü Iraj Harirçinin test nəticələrinin müsbət çıxmazdan əvvəl çəkilən görüntüləri yayılıb.

Görüntülərdə İraj Harirçinin tərləməsi, özünü pis hiss etməsi əks olunub.

Koronavirusla bağlı konfransda çıxış edən nazirin yanında dayanan Iraj Harirçinin bir neçə dəfə tərini silməsi operatorların diqqətindən yayınmayıb.

Xəstəliklə bağlı analiz nəticələri müsbət çıxan İraj Harirçi karantinə alınıb.

Qeyd edək ki, İran rəsmilərinin dediyinə görə, ölkədə 95 nəfərdə koronavirus aşkarlanıb və 15 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İran BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net