Meksika səfiri Zaqatalaya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Meksika səfiri Zaqatalaya səfər edib

15:13 - 20 / 08 / 2019
Meksika səfiri Zaqatalaya səfər edib

Əməkdaşlıq əlaqələrini intensivləşdirmək məqsədilə 19-20 avqust tarixlərində Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Zaqatala rayonuna səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomatik missiyanın rəhbəri Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi və əməkdaşlığın perspektivləri haqqında danışılıb. İlk növbədə, rayon rəhbəri Zaqatala haqqında, rayonun iqtisadiyyatı və infrastrukturu, eyni zamanda mədəniyyəti və tarixi barədə məlumat verib. Həmçinin, son illərdə rayonda görülmüş abadlıq və yenidənqurma işlərindən söz açıb. Bundan əlavə, Zaqatala əhalisinin əsas məşğuliyyət sahələrini də vurğulayb.

Səfir Labardini öz növbəsində, ikitərəfli mübasibətlərdəki dinamikadan, ələlxüsus, son dörd ildə iqtisadi, ticari, turistik və mədəni əlaqələrin möhkəmləsindən danışıb. Qeyd edib ki, rəsmi şəxlər, ticari missiyalar və müxtəlif sektorların nümayəndələrinin son illərdə həyata keçirdiyi qarşılıqlı səfərlər əlaqələrin inkişafına müsbət təsir göstərib, əməkdaşlığı intensivləşdirib.

Səfir vurğulayıb ki, regionlararası əməkdaşlıq hər iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli yer tutur. Bu xüsusda, Zaqatala rayonu ilə Puebla ştatının Atliksko şəhəri arasında qardaşlaşmanın mümkünlüyünü qeyd edib.

Zaqatala rayonuna səfəri çərçivəsində səfir Labardini Heydər Əliyev Mərkəzini, Tarix və Etnoqrafiya Muzeyini ziyarət edib, eyni zamanda rayonun iqtisadi potensialı ilə tanış olmaq məqsədilə bir sıra vacib sənaye obyektlərinə baş çəkib.

P.Sultanova

 

Paylaş:
523

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər