Reza Deqati: Azərbaycan Prezidentinin çıxışlarını dinləyəndə fəxr edirəm - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Reza Deqati: Azərbaycan Prezidentinin çıxışlarını dinləyəndə fəxr edirəm - VİDEO

16:58 - Bu gün
Reza Deqati: Azərbaycan Prezidentinin çıxışlarını dinləyəndə fəxr edirəm - VİDEO

"Azərbaycanın sözünü dünyaya çatdırmaq indi bizim hamımızın borcudur, çünki Azərbaycanın sözü haqq sözüdür."

Bu fikirləri 1news.az-ın əməkdaşına açıqlamasında tanınmış fotojurnalist Reza Deqati Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, illərlə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görülüb: "İndi bu proses daha intensiv xarakter alıb. Şuşada keçirilən bu forum da məhz bu missiyanı yerinə yetirir. 60-dan çox ölkədən 150-dən çox jurnalistin iştirakı, müxtəlif mövzuların müzakirəsi Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə xidmət edir".

Prezident İlham Əliyevin foruma iştirakına və səsləndirdiyi fikirlərə toxunan R.Deqati dövlət başçısının qlobal məsələlərə dərindən bələd olduğunu xüsusi vurğulayıb:

"Prezidentin çıxışları, sualları cavablandırması, hər bir məsələnin detallarına qədər dərin təhlili çox maraqlıdır. O, dünya siyasəti, həmçinin Azərbaycanla bağlı verilən suallara dəqiqliklə cavab verdi. Bütün məsələlərdən məlumatlıdır və bütün rəqəmləri, faktları mükəmməl şəkildə bilir. Onun bir neçə dildə sərbəst və təmiz cavab verməsi, fikirlərini dəqiq çatdırması, bir növ, peşəkar alim, professor yanaşmasıdır. Dünyada bir çox siyasi liderlərlə təmasda olmuşam, amma Azərbaycan Prezidentinin çıxışlarını dinləyəndə fəxr edirəm ki, Azərbaycanın belə bir lideri var”.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər