Xatirə İslamın həyat yoldaşı sosial şəbəkədə yayılan görüntüyə görə polisə çağırıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xatirə İslamın həyat yoldaşı sosial şəbəkədə yayılan görüntüyə görə polisə çağırıldı - VİDEO

First News Media12:10 - 20 / 07 / 2026
Xatirə İslamın həyat yoldaşı sosial şəbəkədə yayılan görüntüyə görə polisə çağırıldı - VİDEO

Sosial şəbəkədə yayılan görüntü araşdırılıb, qayda pozuntusuna hüquqi qiymət verilib.

1news.az “Oxu.az“a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb:

“Bir daha kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırırıq”.

Paylaş:
213

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər