“Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar” | 1news.az | Xəbərlər
Siyasət

“Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar”

13:18 - 18 / 10 / 2019
“Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar”

Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır!" bəyanatı bizim tezliklə öz torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusundakı dəyirmi masada çıxışında deyib.

T.Gəncəliyev bildirib ki, İcma fəaliyyətini aktiv davam etdirir, istər ölkə daxilində, istərsə də ölkə xaricində intensiv görüşlər keçirir:

"Artıq ikinci dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiririk. Sonuncu görüş dünən baş tutub. Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər". Bizim İcmanın münaqişənin maraqlı tərəfi kimi bəyanatda qeyd edilməsi onu göstərir ki, ermənilərin saxta iddiası qəbul olunmur. Biz münaqişənin maraqlı tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü, xüsusilə Qarabağ separatçılarının böyük narahatlığına səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim İcmanın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər".

İcma sədri vurğulayıb ki, informasiya müharibəsində, danışıqlarda, müzakirələrdə daha fəal iştirak etməliyik:

"Biz dünən həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, dəfələrlə erməni icması ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk Qrupu da bu mesajı dəfələrlə onlara çatdırıb. Ancaq erməni icması hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməmələri qeyri-konstruktiv niyyətlərindən xəbər verir. Biz bu məsələni açıq şəkildə həmsədrlərin qarşısında qoyduq ki, əgər onlar keçmişdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayıblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? Bu, bir daha Ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir.

Biz, eyni zamanda həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulmalıdır. Məsələn, son günlər Şuşada yerləşən Qarabağın əsas simvollarından biri olan Gövhər Ağa məscidinin "təmir" işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim böyük etirazımıza səbəb olub. Biz bir daha həmsədrlərə bildirdik ki, bu, Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn bir addımdır və onlar ermənilərə təsir etməlidir ki, bu qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar. Ümid edirik ki, İran tərəfi də bundan bir nəticə çıxaracaq və müvafiq addımlar atacaq ki, gələcəkdə bu məsələlərə daha ehtiyatlı yanaşılsın, bizim Dağlıq Qarabağdakı irsimizin dağıdılması və gizlədilməsində iştirak etməsin".

1news.az

Paylaş:
364

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər