Yeganə Haciyeva: Rusiyada diskriminasiya geniş yayılmış praktikadır

Müəllif: politoloq Yeganə Haciyeva
Ümumiyyətlə Rusiyada digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürməsi, diskriminasiya tarixin bütün mərhələlərində geniş yayılmış praktikadır.
Rusiya daxilində milli ruhun qorunması üsulu kimi şovinizm , milli ayrıseçkillik , irqi diskriminasiya və ksenefobiya siyasəti istifadə olunur.
Digər xalqlara qarşı ayrıseçkilik , istismar etmək və əzmək hüququna haqq qazandıran milli üstünlük ideologiyası kimi şovinizm mərkəzi hakimiyyət tərəfindən təkcə yadlara, əcnəbilərə qarşı deyil, bu dövlətin tam hüquqlu üzvü olan qeyri-rus xalqlara qarşı düşmənçilik və nifrətin yaranmasına və yayılmasına xidmət edir.
Ölkədə hökümətin dəstəklədiyi sosial, siyasi və mədəni sahələri əhatə edən daxili radikalizm irqçilik, ksenofobiya və neonasizm elementləri təbliğ edəm ifrat sağçı, millətçi və dini qruplar mövcuddur.
2000 lərdən illərdə dövlət səviyyəsində təbliğat terroru kimi dəstəklənən milli radikalların irqi motivli qətl cinayətlərinə görə çox saylı səsli-küylü məhkəmə prosesləri ilə yadda qalıb.
Rusiya Daxili İşlər Nazirliyinin cinayət axtarışı sistemində etnik cinayətlərlə mübarizə üzrə xüsusi bölmə mövcuddur.
Bu struktur 2010 cu ildə Spartak futbol komandası azarkeşi olan neofaşist gəncin öldürülməsindən sonra formalaşıb.
Onun formalaşmasında isə radikal və neofaşist ideoligiyalı gənclər təşkilatları üzvlərindən geniş istifadə olunub.
Moskva İnsan Haqları Bürosunun araşdırnasına görə Rusiyada skinhedlərin sayı 50 minə yaxındır. ABŞ və Avropa da daxil olmaqla dünyanın qalan hissəsində isə onların sayı 70 mini keçmir.
Bu müqayisə ilə cəmiyyətin mərkəzi hakimiyyət tərəfindən dəstəklənən radikallıq dərəcəsi aydın olur.
2023 cü ildə milliyətçi radikalların qeyri-ruslara qarşı 124 hücümu qeydə alınıb ki, bunlardan 3-ü qətllə nəticələnib.
Ötən il 2024 cü ildə isə radikal qrupların 259 hücumu qeydə alınıb.
Dövlət Duması deputatları arasında 2000-2010 cü lərdə küçələrdəki radikal və ekstremist gənclər təşkilarında fəal , funsioner və təşkilatçı qismində adı keçmiş 30 dan çox deputat təmsil olunur.
Dövlət aparatında isə saysız hesabsəz məmurlar 2000 - 2010 cü lərdə küçələrdəki radikal və ekstremist gənclər təşkiları ilə bağlı olmuş şəxslərdirlər.
Təəccüblü deyil ki, Rusiya dövlət duması , rəsmiləri və dövlət mediasının ksenofobik ritorikası , cəmiyyətin ümumi militarist qərəzi təkcə Rusiyanı deyil, həm də post-sovet ölkələrinin siyasi gündəmini zəbt edir.
Yekaterinburqda soydaşlarımıza qarşı təşkil olunmuş mütəşəkkil represiyalar da bu qəbildəndir.