Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb

Qafar Ağayev10:43 - Bu gün
Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, bəyanatda deyilir:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər