Mübariz Əhmədoğlu: Ordusu Ermənistan dövləti üçün təhlükəyə çevrilir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ordusu Ermənistan dövləti üçün təhlükəyə çevrilir

09:40 - 16 / 08 / 2019
Mübariz Əhmədoğlu: Ordusu Ermənistan dövləti üçün təhlükəyə çevrilir

Son dövrlərdə Ermənistanda bir neçə jurnalist xüsusi olaraq Azərbaycan ordusunu, onun rəhbərliyini hədəf götürüblər. İndi artıq Ermənistan ordusunda baş verənlərə baxdıqda onların məqsədi aydın olur.

Ermənistan ordusunun əsgəri, Ermənistan vətəndaşı Araik Kazaryan Azərbaycanın işğal olunmuş Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçdi. Bəlli oldu ki, üzərində zorakılıq əlamətləri var. A. Kazaryan məzuniyyətdən qayıtdıqdan sonra qaçıb. Evdən nə nəyi isə vəd verib, gətirmədiyi üçün hərbi hissədə komandirlərinin gözünün qabağında hərbçi o vəziyyətə salınıb. Xüsusilə o məqam da nəzərə alınmalıdır ki, ailənin digər üzvü də Ermənistanda müqaviləli hərbçidir. Kazaryanın belə addım atması uzun müddətli təzyiqlərin nəticəsi ola bilərdi. Epizodik və yaxud təsadüfi atılmış addım deyil. Ermənistan ordusunda qüsur təkcə bu deyil.

Rusiyada keçirilən yarışlarda da Ermənistan ordusu əvvəlki illərlə müqayisədə xeyli aşağı nəticələr əldə etdi. Ermənistan tankçıları biabırçı vəziyyətdə uduzdular. Ermənistan ordusu və Ermənistan rəhbərliyinin orduya münasibəti artıq cəmiyyətin hərbçilərə münasibətini dəyişib. 2016-cı il aprel döyüşlərində ölmüş ermənilərin məzarları Yerevanın mərkəzində təhqir olunub. Bu halın bir dəfə deyil, bir neçə dəfə olması cəmiyyətin Qarabağ məsələsindən bezdiyinin göstəricisidir.

N.Paşinyanın orduda kosmetik yeniliklər -taxta oturacaqları stulla əvəzləmələri vəziyyəti ciddi surətdə dəyişməyəcəkdir. Ordu Ermənistan dövlətçiliyi üçün idarə olunmaz xaotik qüvvəyə çevrilir. Bu Ermənistan dövləti üçün böyük təhlükədir. Bunun da bünövrəsi “məxməri inqilab” dövründə qoyuldu. Çünki hərbi hissələrdən bir sıra əsgər və zabitlər qaçaraq mitinqçilərə qoşulmuşdu.

Mübariz Əhmədoğlu 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
479

Son xəbərlər

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19
Bütün xəbərlər