Ötən gün karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib

10:42 - 03 / 04 / 2020
Ötən gün karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 10 nəfər inzibati qaydada həbs edilmiş, 3581 nəfər inzibati cərimə olunub.

DİN Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib. Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanmışdır. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2973 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 10 şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda, qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati həbs edilmiş, 3581 nəfər inzibati cərimə olunub.
Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.

Qafar Ağayev

 

Paylaş:
471

Son xəbərlər

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42
Bütün xəbərlər