Polad Bülbüloğlu: Sülh danışıqları sonsuzadək davam edə bilməz | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Sülh danışıqları sonsuzadək davam edə bilməz

17:26 - 28 / 05 / 2020
Polad Bülbüloğlu: Sülh danışıqları sonsuzadək davam edə bilməz

Azərbaycan 30 ildir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan ərazilərimizin 20%-ni işğal altında saxlayır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

"Bu gün Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mütləq şəkildə icra olunmalıdır. Lakin bu qətnamələr icra olunmur. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə sadiqik. Lakin sülh danışıqları sonsuzadək davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız, regionda olan qonşularımız və hər şeydən öncə Ermənistanın öz rəhbərliyi nəzərə almalıdır", - deyə diplomat vurğulayıb.

Polad Bülbüloğlu ötən il Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" klubunun plenar iclasındakı çıxışını xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyev İordaniya kralı, Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə Vladimir Putinin dəvəti ilə Valday beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Orada Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə Ermənistan-Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini bir daha çatdırdı, bu münaqişənin beynəlxalq hüquq çərçivəsində yeganə həllini vurğuladı. Ona görə də, biz digər tərəfdaşlarımızdan, dünyanın digər ölkələrindən və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən dəstək gözləyirik".

S.Xankişiyeva

 

Paylaş:
748

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər