Qənd istehsalı sexi bağlanıb ­– XIRDALANDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qənd istehsalı sexi bağlanıb ­– XIRDALANDA

11:35 - 16 / 08 / 2019
Qənd istehsalı sexi bağlanıb ­– XIRDALANDA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.

1news.az-a AQTA-dan verilən məlumata görə, ilkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.

Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda məlum edilib ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə qoyulur.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

S.Xankişiyeva

Paylaş:
1555

Son xəbərlər

AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26
Bütün xəbərlər